10. Kamiya Dojo (Rurouni Kenshin)
Bu anime bütün shounen seriyaları daxilində ən təsirli hekayəyə sahibdir. Bir vaxtlar amansız suiqəsdçi olan Kenshin Himuranın artıq birdə kiminsə həyatına son qoymaq istəməməsi hekayənin özəyini təşkil edir. Kamiyanın dojosunu qorumaq üçün yenidən qılınc çəkməli olan Kenshin, keçmişinin acı xatirələrini arxada qoyaraq yeni dostlar qazanır.
9. Kogoronun Sinif Yoldaşları ilə Görüşü (Detective Conan)
"Detective Conan" mürəkkəb detektiv hekayələrini hələ 20-ci əsrdə təqdim etməyə başlamışdı. Bu iki hissəli seriyada hadisələr tragik bir intihar ətrafında fırlansa da, balaca Conan bunun əslində cinayət olduğunu sübut edir. O, faktı Riçarddan çox daha tez həll edərək, həm peşəkarlığını göstərir, həm də seriyanın yalnız uşaqlar üçün olmadığını sübut edir.
8. Indigo League (Pokemon)
1997-ci ildə başlayan Pokemon fırtınasının ilk mövsümü olan "Indigo League", Ash Ketchumun “master” olmaq yolundakı ilk addımlarıdır. Ash-in Gary ilə rəqabəti, Misty və Brock ilə olan dostluğu bu hekayəni unudulmaz edir. Ash hər zaman qalib gəlməsə də, onun əzmkarlığı bütün dünyada milyonlarla azarkeş toplamağı bacardı.
7. Dark Kingdom (Sailor Moon)
"Sailor Moon"un ilk mövsümünü əhatə edən bu hekayədə Kraliça Beryl obrazı bütün seriyanın ən yadda qalan mənfi qəhrəmanlarından biridir. Bir zamanlar müdrik olan Berylin qısqanclıq ucbatından şər qüvvəyə çevrilməsi və onun yüksəlişi bu mövsümü gələcək seriyalar üçün möhkəm bir təmələ çevirir.
6. Dark Tournament Saga (Yu Yu Hakusho)
Bu hekayə anime tarixinə ən möhtəşəm turnirlərdən biri kimi düşüb. Yusuke və dostlarının şeytani təhlükələrə qarşı apardığı mübarizə, xüsusilə Qenkainin ölümündən sonra Yusukenin keçdiyi ağır məşqlər və Toquro ilə döyüşü klassik shounen dərsi hesab olunur.
5. Acı Son (Neon Genesis Evangelion)
"Neon Genesis Evangelion" 20-ci əsrin sonunda elmi-fantastika ilə psixoloji dramı birləşdirərək inqilab etdi. Şinci İkarinin ətrafındakı dünyanın məhvi qarşısındakı reaksiyaları və finalın psixoloji qorxu elementləri bu animeni bənzərsiz edir. Bir çoxları üçün final qarışıq görünsə də, bu hekayə xətti anime dünyasının ən dərin fəlsəfi hekayələrindən biridir.
4. Asgard (Saint Seiya)
Maraqlıdır ki, bu hekayə manqadan kənar olsa da, seriyanın ən sevilən hissələrindən biridir. Atinanın döyüşçülərinin Skandinaviya tanrıları ilə qarşılaşması, Loki tərəfindən idarə olunan münaqişələr və maraqlı döyüş səhnələri bu hekayə xəttini bir klassikə çevirib.
3. Arlong Park (One Piece)
"One Piece"in minlərlə bölümü olsa da, hər şeyin başladığı bu hekayə hələ də xüsusi yer tutur. Naminin keçmişi, vəhşi dəniz quldurlarına qarşı mübarizə və "Straw Hat" komandasının Arlong Parka daxil olduğu o ikonik səhnə bütün fanatların yaddaşına həkk olunub.
2. Namek (Dragon Ball Z)
Gokunun ilk dəfə Super Saiyajin formasına keçdiyi o an, bəlkə də anime tarixinin ən məşhur səhnəsidir. Ən yaxın dostu Kuririnin ölümündən sonra qəzəbi ilə gücünü zirvəyə çatdıran Gokunun Frieza ilə döyüşü, hətta anime izləməyənlərin belə bildiyi bir əfsanədir.
1. The Real Folk Blues (Cowboy Bebop)
"Cowboy Bebop"un final hekayəsi olan bu hissə həm musiqiləri, həm də Spike Spiegelin taleyi ilə dramatik bir şahəsərdir. Spiken keçmişindən qaça bilməməsi, Julia ilə yenidən qovuşması və Faye Valentine ilə olan son söhbəti ürəkləri dağlayır. Finalda ekranda görünən o məşhur yazı hər şeyi yekunlaşdırır: "Bu yükü sən daşıyacaqsan."