THE DOXSANDOQQUZ

99

1 dəq oxuma vaxtı

Chris Paul rəsmi olaraq basketbolu buraxdı!

Eurohoops saytındakı xəbərə görə, bu mövsüm LA Clippers tərəfindən gözlənilməz şəkildə göndərilən və sonradan Toronto Raptors-da müqaviləsi bitən Chris Paul, qısa müddətdən sonra karyerasını rəsmi olaraq bitirdiyini açıqladı.

Bəhlul Həsənli

2 ay əvvəl

NBA
Chris Paul rəsmi olaraq basketbolu buraxdı!

40 yaşında olan efsanəvi oyun qurucu, mövsüm başında "bu son mövsümüm olacaq" deyə açıqlama vermişdi, lakin son hadisələrdən sonra pensiyaya çıxma tarixini bir neçə ay irəli çəkdi.

21 illik karyerasında New Orleans Pelicans, LA Clippers, Houston Rockets, Oklahoma City Thunder, Phoenix Suns, Golden State Warriors, San Antonio Spurs və yenidən LA Clippers komandalarında oynayan Paul, heç bir NBA çempionluğu qazana bilməsə belə liqanın ən böyük oyunçularından biri kimi qəbul olunur.

Kariyer statistikası

Karyerası ərzində 1370 matça çıxan Chris Paul, orta hesabla matç başına 16.8 xal, 4.4 top qazanma və 9.2 asist topladı.

Bu xəbər basketbol dünyasında böyük rezonans doğurdu və Chris Paulun mirası NBA tarixində daim yaşayacaq.