THE DOXSANDOQQUZ

99

1 dəq oxuma vaxtı

Cousins: "LeBron karyerasını 'Cleveland'da bitirəcək"

Keçmiş NBA oyunçusu DeMarcus Cousins, "Los Angeles Lakers"in superulduzu LeBron Jamesin karyerasını "Cleveland Cavaliers"da sonlandıracağını söylədi.

Bəhlul Həsənli

3 ay əvvəl

NBA
Cousins: "LeBron karyerasını 'Cleveland'da bitirəcək"

Rachel Nichols ilə "Bully Ball" podkastında danışan Cousins, LeBronun bu yay komandadan ayrılaraq karyerasını başladığı yerdə, "Cleveland"da bitirəcəyini irəli sürdü:

Mən LeBronun karyerasını 'Cleveland'da bitirəcəyini düşünürəm. Bronnynin (Lebronun oğlu) draft edilmə söz-söhbəti var, bəli, amma məncə, o da 'Cleveland'da olacaq. Yəni “yenidən geri dönüş” etmiş kimi bir vəziyyət olacaq. LeBronun 'Cleveland'dan ayrılarkən verdiyi açıqlamaya baxsaq, oraya qayıdıb təqaüdə çıxacağını demişdi. Məncə, o başladığı yerə qayıdacaq.