Keçmiş Rockstar North rəhbəri Lesli Benzisin yeni studiyası Build A Rocket Boy (BARB)-u elan edəndə, bu, oyun sənayesində böyük bir hadisə kimi qarşılanmışdı. "Grand Theft Auto" seriyasının yaradıcılarından biri olan Benzis, yanına bir neçə keçmiş həmkarını da alaraq, oyun dünyasında inqilab edəcəyini vəd edən nəhəng bir layihə — “Everywhere” üzərində işləməyə başladı.
Lakin bu gün studiya fərqli bir mənzərə ilə üz-üzədir: ixtisarlar olur və studiya daxilində böyük bir qeyri-müəyyənlik höküm sürür.
Böyük Vədlər, Böyük Pullar
Build A Rocket Boy heç vaxt sıradan bir startap olmayıb. Studiya fəaliyyətə başladığı gündən bəri investorlardan yüz milyonlarla dollar vəsait cəlb edə bilib (təxminən 420 milyon dollar). Bu, hələ bir oyunu belə hazır olmayan bir studiya üçün astronomik rəqəmdir.
Şirkətin əsas layihəsi olan Everywhere, sadəcə bir oyun deyil, istifadəçilərin öz məzmunlarını yarada biləcəyi, sosiallaşacağı və müxtəlif oyun təcrübələri yaşayacağı nəhəng bir platforma kimi təsvir olunurdu. Bundan əlavə, studiya bu platformanın daxilində yüksək büdcəli (AAA), fotorealistik döyüş-macəra oyunu olan MindsEye-ı hazırlayırdı.
İxtisarların soyuq reallığı
Fevral ayında (2024-cü il) Build A Rocket Boy-un heyətinin bir hissəsini ixtisar etməsi xəbəri oyun sənayesində müzakirələrə səbəb oldu. Edinburq, Budapeşt və Fransada ofisləri olan, 400-dən çox işçiyə sahib olan bu "super-studiya" belə, qlobal oyun sənayesindəki iqtisadi geriləmədən sığortalanmamışdı.
İxtisarlar əsasən QA və Art departamentlərini əhatə etdi. Bu, adətən bir layihənin sona çatdığı və ya strategiyanın kəskin dəyişdiyi vaxtlarda baş verir. Lakin Everywhere hələ də, bu günə kimi geniş kütlələr üçün tam əlçatan deyildir.
Bəs yaxşı, bu "Everywhere" nədir?
Studiya üçün ən böyük çətinliklərdən biri Everywhere-in nə olduğunu izah etməkdir. O, Roblox-dur? Fortnite Creative-dir? Yoxsa yeni bir sosial şəbəkədir?
- Rəqabət: Roblox və Fortnite artıq milyonlarla gənc istifadəçini və yaradıcını öz platformalarına bağlayıblar. Yeni bir platformanın bu nəhənglərlə rəqabət aparması üçün təkcə yaxşı texnologiya deyil, həm də çox böyük bir istifadəçi bazası lazımdır.
- MindsEye faktoru: Bir çox oyunçu Everywhere-in platforma tərəfindən çox, daxilindəki MindsEye oyununa maraq göstərirdi. Şirkətin diqqəti Everywhere-dən birbaşa MindsEye layihəsinə yönəlmişdi. Bu layihə ilkin olaraq Everywhere-in təşviqi üçün nəzərdə tutulmuşdu. BARB MindsEye üçün yayım tərəfdaşı axtardı və nəhayət Hitman oyunlarının yaradıcısı olan IO Interactive ilə müqavilə bağladı.
Bir çox işçi BARB-ın indiki çətin vəziyyətdə olmasının səbəbinin Lesli Benzies-ə yükləyir. Rockstar veteranı əvvəlki uğurlu fəaliyyəti sayəsində studiya üçün investisiya cəlb etməkdə, o cümlədən 2024-cü ilin əvvəlində 110 milyon dollarlıq nağd investisya çox uğurlu olsa da, işçilər deyirlər ki, o, məsuliyyəti bölüşdürməkdə çətinlik çəkirdi və oyunun konsepsiyası çox qarışıq idi demək olar ki, aydın deyildi heçnə.
MindsEye-nin inkişafının son aylarında tərtibatçılardan Benzies-in diqqətini çəkən yeni funksiyalar əlavə etmələri xahiş olunmuşdu. Hətta BARB-ın Jira-sında Leslie Benzies-in ideyaları üçün ayrıca tapşırıq kateqoriyası var idi. Bu tapşırıqlar nə qədər işlək olmasından asılı olmayaraq həmişə prioritet verilməli idi.
Əgər idarəetmə hər şeyi xətasız sonlandırmağa fokuslansa idi, oyun problemsiz işləyə bilərdi, amma əksinə, üstünə əlavə şeylər atmağa davam etdilər - Ben Newbo (şirkətin keçmiş baş məlumat analitiki)
İnvestor təzyiqi və zaman
Vençur kapitalı (VC) ilə maliyyələşən hər bir şirkət kimi, BARB da nəticə göstərmək məcburiyyətindədir. İnvestorlar böyük qazanc gözləyirdilər. İxtisarlar göstərir ki, studiya artıq "limitsiz xərcləmə" mərhələsindən "effektivlik" mərhələsinə keçməyə çalışır.
Nəticə
Build A Rocket Boy-un özünü xilas edib-edə bilməyəcəyi Everywhere-in ilk genişmiqyaslı istifadəçi rəylərindən asılı olacaq. Lesli Benzis-in keçmiş uğurları ona müəyyən bir kredit və etibar qazandırsa da, müasir oyun bazarı 2013-cü ildəki (GTA V-in çıxdığı il) bazar deyil.
İndi studiya yalnız texniki mükəmməllik deyil, həm də oyunçuların bu platformada qalması üçün bir səbəb tapmalıdır. İxtisarlar bəlkə də şirkətin sağ qalması üçün atılmış ağrılı, lakin zəruri bir addımdır. Amma bir şey dəqiqdir, Build A Rocket Boy üçün "yeyib-içim, üstümü ört yatım" dövrü bitdi. İndi onlar üçün real iş və real nəticələr vaxtıdır.