THE DOXSANDOQQUZ

99

1 dəq oxuma vaxtı

"GTA: Tokyo və GTA: İstanbul" gerçək olacaqmış. Rockstar-ın köhnə texniki direktorundan maraqlı açıqlama.

Rockstar Games-in köhnə texniki direktoru Obbe Vermeij müsahibəsində bildirib ki, bir vaxtlar Yaponiya və Türkiyənin paytaxtında cərəyan edən bir "Grand Theft Auto" (GTA) oyunu üçün hazırlanma mərhələsinə keçid edirləmiş. Onun sözlərinə görə, bu layihə kənar bir studiya ilə tərəfdaşlıq çərçivəsində reallaşmalı idi.

Bəhlul Həsənli

4 ay əvvəl

"GTA III", "Vice City", "San Andreas" və "GTA IV" kimi əfsanəvi oyunların texniki direktoru olmuş Obbe Vermeij "GamesHub"a verdiyi müsahibədə seriyanın ABŞ hüdudlarından kənara çıxarma planları haqqında danışıb. O bildirib ki, komandanın Rio-de-Janeyro, Moskva və İstanbul kimi şəhərlər üçün ideyaları olub, lakin bu ideyalar arasında reallaşmağa ən yaxını "GTA: Tokyo" idi.

stock-photo-galata-tower-and-the-street-in-the-old-town-of-istanbul-turkey-554343394
stock-photo-galata-tower-and-the-street-in-the-old-town-of-istanbul-turkey-554343394

Vermeij qeyd edib ki, plan belə idi: Yaponiyada yerləşən kənar bir studiya Rockstar-ın mövcud oyun kodlarını götürərək Tokioda cərəyan edən yeni bir GTA oyunu hazırlamalı idi. Lakin naməlum səbəblərdən bu layihə ləğv edildi və seriya yenidən Amerika şəhərlərinə fokuslandı.

Köhnə tərtibatçı onu da vurğulayıb ki, hazırkı reallıqda GTA oyunlarının ABŞ-dan kənara çıxması artıq çox çətindir. Çünki bir oyunun hazırlanması artıq 10 ildən çox vaxt aparır və layihələrin büdcəsi milyard dollarlarla ölçülür. Belə böyük risklər şəraitində şirkət hər kəsə tanış olan ABŞ mədəniyyətini və şəhərlərini (məsələn, Vice City və ya Los Santos) tərk etməkdən çəkinir. Onun fikrincə, seriya böyük ehtimalla gələcəkdə də Nyu-York, Los-Anceles və Las-Veqas kimi tanınmış Amerika şəhərləri arasında dövr edəcək.