THE DOXSANDOQQUZ

99

2 dəq oxuma vaxtı

"Kingdom Come: Deliverance" seriyasının rejissoru oyun yaradıcılığını tərk edir.

Daniel Vávra xəyallarının arxasınca gedəcək.

Bəhlul Həsənli

2 ay əvvəl

Studiyanın verdiyi məlumata əsasən, sərt tənqidi şərhləri və fərqli yanaşması ilə tanınan Vávra bundan sonra bir "Kingdom Come" film layihəsinə rəhbərlik edəcək. Studiyanın rəhbəri Martin Frývaldský "CzechCrunch" nəşrinə verdiyi müsahibədə dəyişikliyin səbəblərini belə izah edib:

"Dan-in yeni bir rolu var: o, 'Kingdom Come' filmini yaradacaq. İnsanlar bunun Warhorse-un qərarı olub-olmadığını maraqlana bilərlər. Xeyr, əksinə, Dan özü yeni bir şeylər etmək istədi. O, qlobal miqyasda uğur qazanan üç oyun hazırlayıb və uzun müddətdir ki, fərqli bir sahədə özünü sınamaq istəyirdi.

Gələcək illərdə 'Kingdom Come' kainatını ekranlara daşımaq bizim çatmaq istədiyimiz digər mühüm hədəfdir və bu da Dan-in yeni vəzifəsidir. Onu artıq hər gün ofisdə görməyəcəksiniz, lakin o, daha geniş mənada Warhorse-un bir parçası olmağa davam edəcək."

Frývaldský həmçinin əlavə edib ki, "Kingdom Come" filmi üçün ilkin ssenari artıq yazılıb və hazırda film istehsalı şirkətləri ilə danışıqlar prosesi davam edir.

Studiyanın rəhbəri Vávranın öz açıqlamasında bildirib: "Kingdom Come və ya Mafia oynamış hər kəs Dan-dən nələr gözləyə biləcəyini çox yaxşı bilir. Brendimizin nə qədər böyüdüyünü görməmək üçün sadəcə kor olmaq lazımdır. Hər bir halda, biz bu filmi oyun istehsalımızın məntiqi bir tamamlayıcısı kimi görürük."

Qeyd edək ki, studiyanın son oyunu olan "Kingdom Come: Deliverance 2" çıxışından sonrakı ilk ilində 5 milyon nüsxə satılıb və The Game Awards, DICE Awards, eləcə də BAFTA kimi nüfuzlu tədbirlərdə önəmli nominasiyalar qazanıb. İlk oyun isə 8 milyonluq satış rəqəmi ilə "Warhorse"-un böyüməsində təməl rolunu oynamışdı. Xatırladaq ki, studiya 2019-cu ildə "Plaion" tərkibində fəaliyyət göstərən "Embracer Group" tərəfindən satın alınmışdı.