THE DOXSANDOQQUZ

99

1 dəq oxuma vaxtı

Roblox deyəsən yenidən Türkiyədə fəaliyyətə başlayır.

Roblox, Türkiyədə tətbiq edilən giriş qadağasından sonra platformanın yenidən açılması üçün rəsmi addım atdığını elan edib.

Bəhlul Həsənli

4 ay əvvəl

Roblox şirkəti tərəfindən verilən bəyanatda Türkiyədəki yerli qanunlara və qaydalara hörmət edildiyi, bu çərçivədə hakimiyyət orqanları ilə əməkdaşlıq içində işlədikləri bildirilib.

2b5a5c10eb2c4b0ebeb84aa5c0aa148c
2b5a5c10eb2c4b0ebeb84aa5c0aa148c

Xəbərdə qeyd olunur ki, Roblox Türkiyədə bir ofis açmağa və yerli moderatorlar təyin etməyə hazırlaşır. Şirkət rəsmiləri bildiriblər ki, platformanın Türkiyədə yenidən əlçatan olması üçün lazımi bütün hüquqi prosedurları yerinə yetirəcəklər və xüsusilə uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə yerli tənzimləmələrə tam uyğun hərəkət edəcəklər. Məhkəmə qərarı ilə bağlanan girişin açılması üçün Roblox, Türkiyənin tələb etdiyi məzmun filtrini və təhlükəsizlik standartlarını tətbiq etməyi öhdəsinə götürüb.

Hələlik platformanın dəqiq nə vaxt açılacağı ilə bağlı rəsmi bir tarix verilməsə də, şirkətin bu addımı Türkiyədəki milyonlarla istifadəçi tərəfindən müsbət bir inkişaf kimi qiymətləndirilib. Roblox rəhbərliyi qeyd edib ki, onların əsas məqsədi həm qlobal təhlükəsizlik standartlarını qorumaq, həm də Türkiyənin milli qanunvericiliyinə uyğun bir mühit yaratmaqdır.