Sony Group Corp., "Demon's Souls" kimi video oyunların remeyklərini hazırlaması ilə tanınan PlayStation-ın oyun şirkəti "Bluepoint Games"-i bağlayır.
Sony Interactive Entertainment CEO-su Hermen Hulst verdiyi açıqlamaya görə, studiyanın bağlanması nəticəsində təxminən 70 işçi işini itirəcək. O qeyd edib ki, bu qərar "son biznes yoxlamasından" sonra qəbul edilib. Bluepoint gələn ay rəsmən fəaliyyətini dayandıracaq.
Hermen Hulst əlavə edib: "Bluepoint Games inanılmaz dərəcədə istedadlı bir komandadır və onların texniki təcrübəsi PlayStation icmasına müstəsna təcrübələr bəxş edib. Onlara ehtirasları, yaradıcılıqları və sənətkarlıqları üçün təşəkkür edirik."
2006-cı ildə qurulan və mərkəzi Ostində (Austin) yerləşən studiya, "Uncharted" və "Shadow of the Colossus" kimi köhnə oyunların müasir platformalar üçün yüksək keyfiyyətli remeyklərini hazırlaması ilə tanınırdı. Sony "Bluepoint"-i 2021-ci ildə, "Demon's Souls"-un PlayStation 5-də uğurlu buraxılışından qısa müddət sonra satın almış və 2022-ci ildə çıxan "God of War Ragnarok" oyununu PC üçün portlamışdılar.
Bundan daha öncə Bluepoint "live-service" formatında bir "God of War" oyunu üzərində işləməyə başlamışdı. Lakin bu layihə 2025-ci ilin yanvar ayında ləğv edildi. Həmin vaxt PlayStation, studiyanın növbəti layihəsini müəyyənləşdirmək üçün Bluepoint ilə birlikdə işlədiyini bildirmişdi. Amma görünən odur ki, görüşlər uğursuz olmuş və studiyanın bağlanması qərarı verilmişdir.