THE DOXSANDOQQUZ

99

1 dəq oxuma vaxtı

"007 First Light" oyununun çıxış tarixi təxirə salındı.

"IO Interactive" studiyası Ceyms Bond haqqında hazırladığı yeni "007 First Light" oyununun çıxış tarixini təxirə saldığını rəsmi olaraq elan edib. Əvvəlcə 2026-cı ilin mart ayına planlaşdırılan oyunun yeni buraxılış tarixi 27 may 2026-cı il olaraq təyin edilib.

Bəhlul Həsənli

4 ay əvvəl

Studiya rəhbərliyi bildirib ki, oyunun hazırlanma prosesi yekunlaşmaq üzrədir və layihə artıq başdan sona qədər oynanıla bilər vəziyyətdədir. Lakin bu əlavə iki aylıq müddət oyunu daha da yaxşı təkmilləşdirmək, texniki xətaları aradan qaldırmaq və oyunçulara ən yaxşı təcrübəni təqdim etmək üçün istifadə olunacaq.

007_first_light_may_delay.png
007_first_light_may_delay.png

Ceyms Bondun gənclik illərindən bəhs edəcək olan bu orijinal hekayədə baş qəhrəmanı Patrik Gibson canlandırır, onun əsas rəqibi rolunda isə Lenni Kravitz çıxış edir. Oyun PlayStation 5, Xbox Series X/S, PC və Nintendo Switch 2 platformaları üçün işıq üzü görəcək.

007_first_light_airplane
007_first_light_airplane