2. Toy Story 5 (İyun 2026) Uşaqlığımızın unudulmaz animasiya seriyası olan "Oyuncaqların Hekayəsi" bu dəfə aidiyyət və vidalaşmaq hisslərinə fərqli bucaqdan yanaşır. Sahib olmaq əvəzinə sərbəst buraxmaq fəlsəfəsini işləyən film, böyüməyin gətirdiyi qaçınılmaz ağırlığı həm hüzünlü, həm də isti bir dillə çatdırır. Yeni personajların gətirdiyi fərqli enerji köhnə dostların nostaljisi ilə mükəmməl balanslaşdırılır.
3. Disclosure Day (12 İyun 2026) Əfsanəvi rejissor Steven Spielberg bu elmi-fantastika filmi ilə yenidən sevimli yadplanetli mövzusuna qayıdır. Filmin süjet xəttinin detalları hələ də sirr olaraq qalsa da, hekayənin yadplanetlilərin kəşfi və bəşəriyyətin bu həqiqətlə üzləşməsindən sonra baş verəcək hadisələr ətrafında cərəyan edəcəyi məlumdur.
4. Supergirl (26 İyun 2026) Milly Alcock-un "Superman" filmindəki qısa, amma yaddaqalan iştirakından sonra o, Superqız olaraq öz tammetrajlı hekayəsi ilə qayıdır. Treylerdə qəhrəmanın sadəcə canilərlə döyüşdüyü yox, eyni zamanda diskoteka kürəsi altında rəqs etdiyi səhnələr göstərir ki, bu film superqəhrəmanın psixologiyasına və daxili dünyasına xüsusi diqqət ayıracaq.
5. Moana (10 İyul 2026) Animasiya versiyasının böyük uğuru və "Moana 2"-nin gəlir rekordlarından sonra, gənc qəhrəmanın xalqını xilas etmək üçün çıxdığı epik dəniz səyahəti bu dəfə "live-action" (canlı-aksiyon) formatında təqdim olunur. Catherin Laga'aia-nın canlandıracağı yeni versiya izləyicilər tərəfindən böyük səbirsizliklə gözlənilir.
6 Odissey (17 İyul 2026) Oskar mükafatlı rejissor Kristofer Nolan bizi qədim yunan dastanlarına, xüsusən də Homerosun əsərlərinə aparır. Tamaşaçıları intizarda saxlamağı sevən rejissor bu dəfə Troya müharibəsindən sonra vətəninə qayıtmağa çalışan Odisseyin (Matt Damon) çətinliklərlə dolu epik səyahətini özünəməxsus üslubda ekranlaşdırır.
7. Hörümçək Adam: Tamamilə Yeni Gün (31 İyul 2026) "No Way Home" filminin kədərli sonluğunda Piter Parker (Tom Holland) hər kəs – hətta sevgilisi MJ tərəfindən unudularaq tamamilə tənha qalmışdı. İzləyicilər tərəfindən maraqla gözlənilən yeni filmdə Piterin superqəhrəman olmağın yaratdığı bu dərin tənhalıqla necə mübarizə aparacağı və həyatını necə sıfırdan quracağı araşdırılacaq.
9.Avengers: Doomsday (18 Dekabr 2026) Marvel Kainatının (MCU) Altıncı Fazasının ən mühüm hadisələrindən biri olan bu film, çoxkainatlı (multiverse) epik bir toqquşma vəd edir. "Avengers: Endgame"-in davamı olaraq çəkilən bu ekran işində İntiqamçılar (Avengers), Vakandalılar, Yeni İntiqamçılar, Fantastik Dördlük və "X-Men" komandaları fərqli kainatlardan gələrək vahid və qorxunc bir düşmənə – Doktor Duma (Doctor Doom) qarşı birləşirlər. Rejissor kürsüsündə yenidən Entoni və Co Russo qardaşlarının əyləşdiyi filmin ən böyük və sarsıtıcı sürprizi isə Robert Dauni Cuniorun (Robert Downey Jr.) əsas cani Doktor Dum rolunda kainata qayıdışıdır. Fərqli franşizaların və keçmiş filmlərin aktyorlarını bir araya gətirən bu hekayə, multikainatın yaratdığı xaosu və epik mübarizəni tam fərqli bir miqyasda ekrana daşıyacaq.
10. Dune: Part Three (Dekabr 2026) Denis Villeneuve-un heyranedici "Dune" epopeyası bu ekran işi ilə özünün ən sarsıcı zirvəsinə çatır. Pol Atreides-in gücə, liderliyə və taleyinə doğru gedən yolu artıq geri dönülməz həddədir. Siyasi intriqalar, mistika və ucsuz-bucaqsız səhra ab-havası filmi hipnotik bir ritmə salır. Qəhrəmanın yüksəlişimi, yoxsa qaçınılmaz bir süqutun başlanğıcımı olduğu sualı film bitdikdən sonra belə izləyicini tərk etməyəcək.