THE DOXSANDOQQUZ

99

Ana Səhifə / Film & Serial
Old Gamer

Film & Serial bölməsi

"I Am Legend": Uşaqlığımızın əvəzolunmaz əfsanəsi

"I Am Legend": Uşaqlığımızın əvəzolunmaz əfsanəsi

2007-ci il istehsalı olan "I Am Legend" sadəcə bir post-apokaliptik triller deyil, eyni zamanda geniş izləyici kütləsinin qəlbində taxt qurmuş unudulmaz bir ekran əsəridir. Baş rolda Uill Smitin (Will Smith) möhtəşəm performansı ilə yadda qalan filmin süjet xətti, ölümcül bir virusun bəşəriyyəti məhv etməsi və az sayda sağ qalan insanın həyatda qalma mübarizəsi üzərində qurulub.

1 həftə əvvəl
"Michael" (2026) - Film İcmalı

"Michael" (2026) - Film İcmalı

Michael Jackson yaşayarkən bənzərsiz bir şöhrətə qovuşdu və həyatını itirdikdən sonra da bu ün qatlanaraq davam etməkdədir. Müasir dünyanın ən məşhur isminin həyatından bəhs edən yeni "Michael" filmi hazırda həm kassada, həm də musiqi platformalarında əsl fırtına qoparır. Elə ilk həftəsonu gəlirləri ilə büdcəsini demək olar ki, çıxaran film, sənətçinin mahnılarını Spotify-da yenidən zirvəyə daşıdı. Belə ki, onun 13 mahnısı ən çox dinlənən 200 mahnı arasına daxil oldu və aylıq 75 milyon dinləyici ilə ölümündən 17 il sonra öz rekordunu yenilədi. Lakin bütün bu ticari uğurlara və qlobal marağa baxmayaraq, film tənqidçilərlə izləyiciləri kəskin şəkildə qarşı-qarşıya gətirməyi bacarıb.

1 həftə əvvəl
2026-cı İlin Ən Çox Gözlənilən Filmləri

2026-cı İlin Ən Çox Gözlənilən Filmləri

1. The Mandalorian and Grogu (May 2026) "Star Wars" kainatının ən sevilən ikilisi bu dəfə daha geniş, eyni zamanda daha emosional bir macəra ilə qarşımızdadır. Qalaktik döyüşlərin səs-küyündən bir qədər uzaqlaşan film, Mandaloryalı və Qroqu arasındakı qırılmaz bağa, qoruyuculuq və "seçilmiş ailə" anlayışlarına köklənir. Epik döyüş səhnələri öz yerini qorusa da, əsl təsir baxışlarda və səmimi anlarda hiss olunacaq.

1 həftə əvvəl
Project Hail Mary: Həqiqətən ümid var?

Project Hail Mary: Həqiqətən ümid var?

"Project Hail Mary" filmi həm sosial mediada, həm də kino tənqidçiləri tərəfindən "İnterstellar"dan bəri ona ən çox yaxınlaşan ekran işi kimi təqdim olundu. Bu, həqiqətən də çox böyük və iddialı bir müqayisədir və obyektiv yanaşsaq, film bu ağır iddianın altından tam olaraq qalxa bilmir.

bir ay əvvəl
Şöhrətpərəstlik və Xaos: "Marty Supreme"

Şöhrətpərəstlik və Xaos: "Marty Supreme"

Biz Coş Safdini (Josh Safdie) qardaşı Benni ilə birgə çəkdiyi "Uncut Gems" və "Good Time" kimi insanı gərginlikdən məhv edən, nəfəskəsən filmlərdən tanıyırıq. İndi isə o, kamera arxasında təkdir. Coşun yeni filmi "Marty Supreme" rejissorun o öyrəşdiyimiz xaotik və sürətli üslubunu tam qoruyub saxlayır. Hekayə kənardan 1950-ci illərin Nyu-Yorkundan Londona uzanan bir idman dramı kimi görünsə də, əslində stolüstü tennislə ört-basdır edilmiş bir eqo və şöhrətpərəstlik mübarizəsidir.

2 ay əvvəl
Oscar 2026 namizədləri təhlili.

Oscar 2026 namizədləri təhlili.

Oscar 2026 namizədləri artıq bəllidir və siyahıya baxanda Akademiyanın həm "risk etmədiyi" nöqtələri, həm də bəzi təəccüblü seçimlərini görmək olur. Gəlin, bu ilin əsas kateqoriyalarını, kimin niyə orada olduğunu və mükafat gecəsi bizi nələrin gözlədiyini bir yerdə analiz edək.

3 ay əvvəl
İnanc, Hakimiyyət və İnsan Zəifliyi

İnanc, Hakimiyyət və İnsan Zəifliyi

İnanc insanın həyatda tutunduğu ən köhnə və ən güclü dayaqlardan biridir. İnsan nəyə inanırsa, dünyaya baxışı da onun üzərində qurulur. Amma inanc nə qədər saf olsa da, onu daşıyan insan olduqda hər şey dəyişir. Çünki insanın olduğu yerdə ego, qorxu və istək də olur.

3 ay əvvəl
2025-in Ən Yaxşı Filmləri

2025-in Ən Yaxşı Filmləri

2025-ci il kino baxımından tamamilə inqilabi olmasa da, yenə də yadda qalan, risk edən və mövzu dərinliyi ilə seçilən filmlərlə yadda qaldı. Bu siyahıda ilin ən çox müzakirə olunan və təsir gücü yüksək olan filmlərini sıralayırıq.

4 ay əvvəl