Yeni filmi One Battle After Another həm tənqidçilərdən inanılmaz dərəcədə yüksək qiymətlər aldı, həm də bir çoxlarının gözündə ilin ən yaxşı filmidir. Amma qəribə olan odur ki, film kassada batdı.
Tənqidçilər niyə bu qədər heyran qaldı?
Filmin tərkibi elə zəngindir ki, sevməmək çətindir.
Baş rolda Leonardo DiCaprio, onunla yanaşı Sean Penn və Benicio Del Toro kimi nəhəng adlar var. Hər biri öz rolunu ciddi şəkildə daşıyır və Andersonun rejissor ilə dahada qalxırlar.
Tənqidçilər filmin həm intellektual, həm də əyləncəli tərəflərini bəyəniblər. “Bu qədər ciddi mövzuda bu qədər əyləncəli film çəkmək, ancaq Andersonun bacaracağı işdir,” – deyə Baltimore Magazine yazır.
Yəni sənət baxımından film artıq tesdiqlənib.
Amma kassada nə baş verdi?
Bütün bu təriflərə baxmayaraq, One Battle After Another kassada gözləniləni verə bilmədi.
Warner Bros filmin istehsalı üçün təxminən 130 milyon dollar, reklam və distribusiya ilə birlikdə isə 300 milyon dollara yaxın vəsait xərclədi. Amma ümumi gəlir hələ ki, 160 milyon civarındadır.
Bu isə studiya üçün az qala 100 milyon zərər deməkdir.
Post-pandemiya dövründə tamaşaçılar artıq kinoteatrlarda belə filmləri izləməyə az gedirlər. İnsanlar ya superqəhrəman, ya qorxu, ya da nostalji brendli filmləri seçir. Anderson kimi rejissorların işləri isə çox vaxt “dərin və yavaş” hesab olunur.
Warner Bros niyə bu qədər riskə getdi?
Əslində bu sualın cavabı çox maraqlıdır.
Warner Bros üçün bu film sadəcə kommersiya layihəsi deyildi həmdəki prestij layihəsi idi.
Hər böyük studiyanın belə “prestij filmləri” olur. Kassada çox qazandırmasa da, Oscar mövsümündə ad gətirir, studiyanın adını “sənətə dəstək verən” kimi göstərir.
Təcrübə göstərir ki, belə filmlər birbaşa gəlir gətirməsə də, dolayısı ilə studiyanın nüfuzuna və gələcək əməkdaşlıqlarına böyük təsir edir.
Warner Bros bununla həm də Oscarlarda ciddi iştirak gözləyir. One Battle After Another demək olar ki, “Oscar namizədi olmaq üçün biçilmiş film”dir.
Bu film studiyaya bəlkə 100 milyon dollar qazandırmadı, amma bir ən yaxşı film və ya rejissor nominasiyası qazandırsa – o, artıq qalibdir.
Bütün bunlar bir strategiyadır
Əgər baxsanız, 2025-ci ildə Warner-in digər filmləri – F1, Minecraft Movie və Conjuring: The Last Rites – böyük gəlir gətirib.
Belə olanda studiya rahat şəkildə bir neçə “prestij riski” götürə bilir. Yəni, bir tərəfdə kassanı partladan filmlər, o biri tərəfdə isə sənətə xidmət edən filmlər.
Və ən əsası — bu filmlər istedadlı rejissorları cəlb edir. Anderson kimi adlar gələcəkdə daha çox layihələrə Warner-ə üstünlük verə bilər.
One Battle After Another bəlkə də kassada gözlənilən nəticəni vermədi, amma bu filmi sadəcə “uğursuz” adlandırmaq doğru olmaz. Warner Bros üçün bu layihə qısamüddətli qazancdan çox, uzunmüddətli reputasiya sərmayəsi idi.
Bu film studiyanın adını təkcə kassada deyil, həm də kino tarixində qoruyacaq, çünki sənaye adətən belə filmlərlə xatırlanır. Bəzən uğur rəqəmlərlə deyil, zamanla ölçülür — və bu film, məhz o kateqoriyadandır.
Müəllifin balı