
"Michael" (2026) - Film İcmalı
Michael Jackson yaşayarkən bənzərsiz bir şöhrətə qovuşdu və həyatını itirdikdən sonra da bu ün qatlanaraq davam etməkdədir. Müasir dünyanın ən məşhur isminin həyatından bəhs edən yeni "Michael" filmi hazırda həm kassada, həm də musiqi platformalarında əsl fırtına qoparır. Elə ilk həftəsonu gəlirləri ilə büdcəsini demək olar ki, çıxaran film, sənətçinin mahnılarını Spotify-da yenidən zirvəyə daşıdı. Belə ki, onun 13 mahnısı ən çox dinlənən 200 mahnı arasına daxil oldu və aylıq 75 milyon dinləyici ilə ölümündən 17 il sonra öz rekordunu yenilədi. Lakin bütün bu ticari uğurlara və qlobal marağa baxmayaraq, film tənqidçilərlə izləyiciləri kəskin şəkildə qarşı-qarşıya gətirməyi bacarıb.




