"Something Very Bad Is Going To Happen" adlanacaq serial, izləyiciləri gərgin bir atmosferə dəvət edir.
Ssenari və yaradıcı heyət
Serialın ssenarisi "Guillermo del Toro’s Cabinet of Curiosities" və "Brand New Cherry Flavor" kimi uğurlu layihələrdən tanıdığımız Haley Z. Boston tərəfindən qələmə alınacaq. Layihənin icraçı prodüserləri isə Matt və Ross Duffer olacaq.
Serial Nədən Bəhs Edir?
Serialın rəsmi sinopsisinə görə, hadisələr bir toy ərəfəsində cərəyan edir. Bir gəlin və bəyin toyuna hazırlaşdıqları həftədə baş verən qorxulu hadisələr və sirli, gərginlik atmosferin əsasını təşkil edir. Adından da göründüyü kimi, izləyicilərə "çox pis bir şeyin" olacağı hissi ilk dəqiqədən aşılanacaq.
Netflix-lə yeni əməkdaşlıq
Duffer qardaşları "Stranger Things" serialının final mövsümündən sonra, Netflix ilə olan əməkdaşlıqlarını bu yeni layihə ilə daha da genişləndirirlər. Netflix-in rəsmi nümayəndələri Haley Z. Bostonun ssenari yazmaq qabiliyyətini yüksək qiymətləndirərək, bu serialın janr daxilində səs gətirəcəyini qeyd ediblər.
Baş rollarda Camila Morrone (Daisy Jones & the Six) və Adam DiMarco (The White Lotus) rol alacaq, bundan başqa aktyor heyətində Jeff Wilbusch, Karla Crome, Gus Birney, Jennifer Jason Leigh, Ted Levine və Sawyer Fraser rol alacaq.
Serialın rejissorluğunu Weronika Tofilska, Axelle Carolyn və Lisa Brühlmann edəcək.
Something Very Bad Is Going To Happen serialı 26 Mart 2026 tarixində Netlifx-də izləyicilərin qarşısına çıxacaq.