Hekayə, illərdir müharibədə olan İtaka kralı Odisseyin (Odysseus) nəhayət evinə qayıtmasından bəhs edir. Lakin o, evə çatdıqda hər şeyin dəyişdiyini görür. Həyat yoldaşı Penelopa (Penelope) onlarla elçi tərəfindən sıxışdırılır və yenidən ərə getməyə məcbur edilir. Odisseyin oğlu Telemax (Telemachus) isə atasının yoxluğunda ailəsini və taxt-tacını qorumaq üçün çarəsiz bir mübarizə aparır.
Filmin rejissoru Uberto Pasolinidir. Fraqmentdə Odisseyin daxili dünyasındakı sarsıntılar, ailəsi ilə yenidən qovuşmaq cəhdləri və keçmişin travmaları ilə üzləşməsi qabardılır. Bu ekran işi "The English Patient" filmindən uzun illər sonra iki ulduz aktyoru yenidən bir araya gətirməsi ilə böyük maraq doğurub.