THE DOXSANDOQQUZ

99

1 dəq oxuma vaxtı

3.3 Milyard dollarlıq əfsanəvi “Toy Story” geri qayıdır: Yeni treyler yayımlandı.

Toy Story 5 üçün yeni bir treyler yayımlandı. Məşhur animasiya seriyası, illər sonra yenidən izləyici qarşısına çıxmağa hazırlaşır.

Bəhlul Həsənli

2 ay əvvəl

Disney və Pixar, fenomen animasiya seriyasının növbəti davam filmi olan Toy Story 5 (Oyuncaq Hekayəsi 5) üçün yeni treyleri yayımlandı.

Obrazları Tom Hanks (Woody), Tim Allen (Buzz Lightyear) və Joan Cusack (Jessie) səsləndirir. Seriyaya yeni qatılan obrazlardan Lilypad-i isə Greta Lee səsləndirir. Ayrıca Conan O'Brien Smarty Pants obrazına, Tony Hale isə Forky obrazına yenidən həyat verəcək.

Pixar, Toy Story 5
Pixar, Toy Story 5

Pixar-ın ən uzun davam edən animasiya macəralarından birinə çevrilən seriya, dünya miqyasında ümumilikdə təxminən 3.3 milyard dollar kassa gəliri əldə edib. Toy Story 5 filmi 19 İyun 2026-cı ildə kinoteatrlarda izləyici ilə görüşəcək.